Bu gün Göyçay rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin yeni çəkimiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabr ayının 22-də 24-dək Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.