20 yaşlı model Anastasiya Petrova “Tavrida-2014” gənclər toplantısında üzərində Vladimir Putinin və Dmitri Medvedyevin şəkili olan açıq-saçıq çimərlik paltarı ilə hamını təəccübləndirib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, uzun boylu gözəlin sözlərinə görə “vətənpərvər” bikininin yaradılması ideyası məhz ona məxsusdur. Nastyanın fantaziyalarını həyata keçirməyə isə “Gənc qadınlar assosiasiyası” yardım edib.
Anastasiya Petrova:
“Mən bunu təmiz ürəklə və öz arzumla edirəm, İnternet və mediaməkanda ölkəmizi və rəhbərliyimizi sevməyənlər çoxdur (İnternet xüsusilə gənclərə çox təsir edir). mən öz fikrimi qorumağa hazıram: bizim nəhəng öılkəmiz var və bizim prezidentimiz əladır! Bu mənim ideyamdır. Assosiasiyadan olan kolleqalarım isə realizə etməyimə yardım etdilər. Təmiz ürəkdən gələn təşəbbüsdür! Çoxu soruşur ki, niyə məhz alt paltarı? Belə Putinin şəkili ürəyimə daha yaxındır!”