İmişli rayonunda cavan ana balalarını yetim qoyub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Mürsəlli kəndində yaşayan 28 yaşlı Zümrüd Musayeva özünü yaşadığı evin damında asıb.
İmişli Rayon Prokurorluğundan öyrənib ki, iki uşaq anası olan Z.Musayevanın özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.