Yaxın zamanlara qədər paytaxt ətrafı və bağ qəsəbələrində alıcılara zəngin çeşidləri sərfəli qiymətlərə təklif edən mağaza tapmaq asan deyildi. Bu səbəbdən də bu qəsəbələrin sakinləri alış-veriş üçün Bakıya gəlməli olurdular, bu isə həm vaxt itirmək, həm də saatlarla tıxaclarda dayanmaq demək idi.
Zabratda yerləşən “GROSS Market” kimi böyük və müasir supermarketlərin şəhərətrafı ərazidə peyda olması ilə mövcud vəziyyət köklü şəkildə dəyişdi.
Böyük, ikimərtəbəli supermarket yolun kənarında yerləşir və geniş parkinqə malikdir, bu isə sürücülər üçün çox rahatdır.
“GROSS Market”in təqdim etdiyi çeşidlər isə hətta ən tələbkar alıcını belə razı salmağa qadirdir.
Mağazanın birinci mərtəbəsində ərzaq şöbələri yerləşir, burada bütün növ süd məhsullarından başlayaraq, təzə ət və isti bişmələrə qədər demək olar ki, hər şey tapmaq mümkündür. Pendir və kolbasa məmulatları bölməsinə gəldikdə burada həm yerli, həm də xarici istehsalçıların təqdim etdikləri kolbasa, sosiska, vetçina, pendir çeşidləri bolluğu ilə təəccübləndirir.
“GROSS Market” yerli, alman, fransız istehsalı olan bal çeşidləri, və yalnız burada əldə edilməsi mümkün olan elit çay çeşidləri ilə də qürur duya bilər.
Supermarketin əsas fəxr edəcəyi bölmə meyvə və tərəvəz bölməsidir. Mağaza birbaşa təchizatçılar ilə işlədiyi üçün alıcılar burada hər zaman ən təzə və keyfiyyətli meyvə və tərəvəzi münasib qiymətə əldə edə biləcəklərindən əmin ola bilərlər.
Mağazada spirtli içkilərin də müxtəlif çeşidləri təqdim edilib. Alıcının istədiyi ölkənin istehsalı olan içkiləri asanlıqla tapması üçün bu içkilər xüsusi rəng zonalarına ayrılıb.
Mağazada özəl çörəkxana da mövcuddur – təzə çörək və kökə ətri ətrafı bürüyüb, bayramsayağı bəzədilmiş tortlar isə alıcıları cəlb edir.
Supermarketin ikinci mərtəbəsində evdarlıq və mətbəx ləvazimatları, suvenir və məişət avadanlıqları yerləşir. Ən tələbkar evdar xanım belə burada təqdim edilən mətbəx əşyaları, qazan, tavaların çeşidlərindən razı qalacaq. Burada olan malların əksəriyyətini Bakının ən böyük və məşhur supermarketlərində tapmaq mümkün deyil.
Marketin satıcıları qeyd ediblər ki, alıcılar arasında köhnə Bakının fotolarına böyük tələbat var.

“GROSS Market”in daha bir qürur mənbəyi çoxsaylı otaq bitkiləridir: burada orxideyalar, parlaq bənövşələr, və bir çox digər bitkilər münasib qiymətə alıcılara təqdim edilir.
Yayda isə bağ sakinləri istirahət üçün çimərlik geyimləri, ev geyimi, manqallar, günəşdən qorunmaq üçün çətirlər və hətta hava ilə doldurulan hovuz belə əldə etmək imkanına malikdirlər.
Qeyd etmək lazımdır ki, manatın devalvasiyasına baxmayaraq, supermarketdə qiymətlər əvvəlki səviyyədə qalıb, bu isə təbii ki, sevindirici haldır.
Beləliklə, yay aylarında 40 dərəcə istidə lazımlı əşyanı tapmaq üçün Bakının bütün mağazalarını gəzmək lazım olmayacaq. Zabratda yerləşən “GROSS Market”də gözlədiyinizdən daha çox şey əldə edə biləcəyinizdən əmin ola bilərsiniz.
Aliyə İsmayılzadə
www.oxu.az