Martın 3-də açılan Cenevrə avtosalonu bu gündən etibarən ictimaiyyət üçün açıq qapı elan edib.
Oxu.Az xəbər verir ki, İsveçrədə keçirilən motor-şouya müxtəlif yerlərdə avtomobil həvəskarları gəlib.
Keçirilən motor-şouya ziyarət edən qonaqlar arasında azərbaycanlı model, “Miss Millenium” Validə Abbasova da olub. Validə Abbasova Cenevrədə təqdim olunan bir neçə avtomobil ilə şəkil çəkdirib.
Qeyd edək ki, Cenevrədə keçirilən moto-şou martın 15-nə qədər davam edəcək.
Elvin Əhmədov
www.oxu.az
25806