“Günəşli” yatağında 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Quyu gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib.
Qeyd edək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
www.oxu.az