ATƏT-in Minsk Qrupunun həmsədrləri məsləhətləşmələr üçün Finlandiyadadır.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter hesabında yazıb.
Onun sözlərinə görə, Finlandiya Minsk Qrupunun üzvüdür və həmsədrlər Helsinkiyə məsləhətləşmələr üçün gəlib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya mübadiləsini səbirsizliklə gözləyirik”, - o yazıb.