“Günəşli” yatağındakı 14 nömrəli stasionar dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
SOCAR-ın məlumatına görə, quyu Sabunçu Lay Dəstəsinin IV horizontundan, 2018-2013 metr intervaldan gündəlik 160 000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.
Qeyd edək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Ülviyyə R. Əli
www.oxu.az