Bu il iyunun 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 7 ilyard 867,5 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, əmanətlərin 7 milyard 253,4 milyon manatı Bakının payına düşüb.
Banklar tərəfindən ən az əmanət cəlbi isə Yuxarı Qarabağ iqtisadi rayonunda reallaşdırılıb - 12938.7 milyon manat.
Əmanətlərin orta faiz dərəcələrinə gəlincə, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən banklar əmanətləri digər regionlar və paytaxtla müqayisədə yüksək faizlə - 6.7% cəlb edirlər. Burada milli valyuta ilə əmanətlər 8,5, xarici valyuta isə 3,3%-lə qəbul olunur.
Əmanətlər üzrə ən aşağı faizlər Naxçıvandadır. Bu iqtisadi bölgədə əmanət cəlbi 2.2%-lə reallaşdırılır. Milli valyuta ilə əmanətlər 3,1% ilə, xarici valyuta ilə 0,5%-lə yerləşdirilir.
L.Ə.
www.oxu.az