2018-ci ildə Dövlət Toxum Fondunun iki toxum emalı müəssisəsi təhvil veriləcək. Zavodların hər birinin emal gücü saatda beş ton olmaqla, 3 min ton saxlanc imkanına malikdirlər.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.
O deyib ki, Xaçmazdakı emal zavodu hazırda tikilməkdədir. Şəkidə yerləşən zavodda isə quraşdırma işləri aparılır. Növbəti ay bu müəssisə təhvil veriləcək:
“Növbəti ildə isə daha üç toxum emalı və istehsalı zavodunun təhvil verilməsi planlaşdırılır. Həmin müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanına malik olacağıq. Azərbaycanın illik toxuma olan tələbatı 120 min ton təşkil edir. Müəssisələrin təhvil verilməsi ilə tələbatın 5 faizini ödəmək imkanı əldə edəcəyik. Gələcəkdə bu rəqəmin daha da artırılması planlaşdırılır”.
Gələcəkdə Bakı Toxum Birjasının yaradılacağını deyən E.Əliyev burada satışla bərabər, konsaltinq xidmətlərinin aparılacağını vurğulayıb:
“Bu xidmət toxum ticarətinin və adiyyəti xidmətlərin online bazarıdır. Birjanın yaradılmasında Türkiyənin təcrübəsindən geniş istifadə etməyi düşünürük”.
L.Ə.
www.oxu.az