Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Televiziya tarixində iz qoyan verilişlərimiz - VİDEO
İnternet və sosial şəbəkələrin həyatımıza girməsi teleziyalarımızın daha az izlənilməsinə gətirib-çıxardı. Demək olar ki, paytaxt əhalisinin 90%-i Zauru, Xoşqədəmi və digər aparıcıların siması olduğu kanalları izləməsə də, rayon əhalisi yorğunluğu onlara baxmaqla üzərindən atır.
Ancaq razılaşmaq lazımdır ki, indiki proqramlarla 2010-cu ilə qədər yayımlanan verilişlər arasında çox ciddi fərq var. Son illər “Maşın” şoudan başqa müzakirəyə çıxarılan proqram olmayıb. Olsa da, verilişin manat cıran, bölgələrimizin yerini dəyişik salan, qonağın sarımsaq yediyini deyib, onu efirdə pərt edən aparıcılarına görə olub.
Oxu.Az bu gün sizə yuxarıda sadaladığımız səbəblərlə deyil, format olaraq televiziya məkanına fərqlilik gətirən və zamanında fenomen olan verilişlərin siyahısı təqdim edir:
Sözsüz ki, iki il öncə lisenziyası ləğv edilən ANS TV ekran həyatına başlayandan “ikibaşlı” veriliş adları və fərqli formatları ilə televiziya tariximizdə dərin iz qoydu. Belə maraqlı layihələrdən biri də “Qulp” proqramı idi.
Mübariz Əsgərovun müəllifi olduğu verilişdə rüşvətxorluq, sosial və digər problemlər saxta personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər