Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar - CƏDVƏL
Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.
Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi 2023-cü ilin statistikası barədə məlumat yayıb.
2023-cü il ərzində bağlanan ipoteka müqavilələrinin sayı
Ötən il ərzində ölkəmizdə 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və ya 12% çoxdur.
Ən çox girov qoyulan daşınmaz əmlaklar
Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81 762 əmlakdan 16 750-si torpaq sahəsinin, 11 866-sı isə fərdi yaşayış evinin payına düşür.
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
2023-cü il ərzində 42 484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir. Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10 894 müqavilə), 2 saylı Sumqayıt (4 613 müqavilə), 5 saylı Xaçmaz (3 878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3 871 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar
2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (215 müqavilə) və 8 saylı Cəlilabad (239 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri
"Abşeron" teqi üzrə xəbərlər
- Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu
- Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər
- Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub