Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda iştirak edəcək
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Oxu.Az bu barədə forumun saytına istinadla xəbər verib.
Bildirilir ki, Davos İqtisadi Forumunun gündəliyinə əsasən, nazir “COP28 and the Road Ahead” müzakirələrinə qatılacaq.
Həmin tədbirdə, həmçinin “The Washington Post” qəzetinin icraçı redaktoru Salli Bazbi, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və “ENGIE Group”un baş icraçı direktoru Katrin Makqreqor iştirak edəcəklər.
Xatırladaq ki, bu gün Davos İqtisadi Forumunun 54-cü iclası rəsmən işə başlayır. Forum yanvarın 19-da başa çatacaq.