"Son beş ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəətliliyi təxminən iki dəfədən çox artıb".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yanlış mülahizədir, çünki bu məlumatlar açıqdır:
"Son 5 il ərzində SOCAR-ın faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəəti də təxminən üç dəfədən çox artıb. Şirkət tərəfindən ödənilən vergilər müxtəlif növlərdən ibarətdir. Dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması hər zaman aidiyyəti strukturların diqqətində olacaq".
Mərahim Nəsib