İraq 2015-ci ilin iyul ayında neft ixracatını rekord səviyyədə artırıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, iyul ayında gündəlik neft ixracatı 3.064 milyon barrelə yüksəlib.
İraq rəsmiləri isə bildirib ki, ölkə hər ay neft ixracatını artırır.
Belə ki, hökumətin 2015-ci ilin iyun ayında gündəlik neft ixracatı 3.020 milyon barel olmuşdu.
İraq rəsmisi bildirib ki, iyul ayındakı rəqəm yeni bir rekorda işarə edir.
Bununla belə qeyd edək ki, mərkəzi hökumətlə yanaşı Kürdüstan Muxtar Vilayəti də neft ixaracatını artırıb.
Vilayətin rəsmiləri qeyd ediblər ki, hökumətlə razılıq əldə edilənə qədər vilayət neft ixrac etməkdə davam edəcək.
Qeyd edək ki, iyun ayında Kərkükdən gündəlik 600 min barel neft ixrac edilib.
Ülviyyə R. Əli
www.oxu.az