İraq sentyabrda 92 milyon barel xam neft ixrac edib.
Oxu.Az xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin mətbuat xidmətinin rəhbəri Asim Cihad bildirib.
“Somo neft şirkətinin məlumatına əsasən 92 milyon barel xam neftin ixrac edildiyi deyilir. Neftin satışından əldə edilən gəlir 3 milyard 725 milyon dollardır bu bir barel üçün 41 dollar deməkdir” - deyə, Cihadın yazılı məlumatında vurğulanıb.
İraq nefti əsasən Bəsrə və Ceyhan limanları vasitəsilə satılıb:
“Buradan ölkənin cənub rayonlarında çıxardılmış 91 milyon barel neft ixrac edilib. Türkiyənin ərazisi vasitəsilə boru kəməri üzrə 600 min barel neft ixrac edilib ki, bundan isə 28 milyon dollar gəlir əldə edilib”.
Ülviyyə R. Əli
www.oxu.az