İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Nəsimi, Nərimanov, Nizami, Binəqədi, Xətai rayonunda, Sumqayıt şəhərində, Ucar, Yevlax, Ağsu, Masallı, Goranboyda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:
Bakının Nəsimi rayonunda
- 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 28 ünvanında “Vüqar” firmasına məxsus mağazada;
Sumqayıt şəhərində
- 41-ci məhəllədə Orxan Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- 9-cu mikrorayon, Mir Cəlal küçəsində Elşən Yusifova məxsus mağazada;
- M.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 5 ünvanında Aqil Yəhyayeva məxsus mağazada;
Xətai rayonunda
- Zığ qəsəbəsi, Əbilov küçəsi, 18/8A ünvanında Ruslan Əfəndiyevə məxsus mağazada;
Ucar şəhərində
- Azərbaycan küçəsində Anar Rəhimova məxsus mağazada;
Yevlax şəhərində
- Nizami prospektində İlkin Bağırova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nərimanov rayonunda
- Ə.Rəcəbli prospekti, 26/43 ünvanında Dövlətxan Sarıyevə məxsus mağazada;
Nizami rayonunda
- Babək prospekti, 2269-cu məhəllədə Şahin Ağayevə məxsus mağazada;
Xətai rayonunda
- General S.Mehmandarov küçəsi, 2942D ünvanında Sahibə Xəlilovaya məxsus mağazada;
Binəqədi rayonunda
- Sulutəpə qəsəbəsi, 34/334 ünvanında Etibar Mustafayevə məxsus mağazada;
Goranboy rayonunda
- Qızılhacılı kəndində Natiq İsgəndərova və Nizami Səmədova məxsus mağazalarda;
- Qaradağlı kəndində Rəşid Məmmədova məxsus mağazada;
Ağsu şəhərində
- S.Vurğun küçəsində Nizaməddin Babaxanova məxsus mağazada;
Masallı şəhərində
- 20 Yanvar küçəsində Rəhman Rəhmətova və İnşallah Əbdülhəsənova məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.