Azərbaycanda altı ayda 11 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin iyun ayında ölkənin enerji sistemində 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
“İyun ayı ərzində qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam edib. Ötən 6 ayda isə elektrik enerjisi istehsalı təxminən 11,2 milyard kilovat-saat olub”.