İsveçrənin “SİKA” şirkəti Sumkqayıt Kimya Sənaye Parkında rezident statusu almaq istəyir. Şirkət tikinti qarışıqları istehsal edəcək. İlkin olaraq 5,3 mln. dollar investisiya qoyuluşu nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında məlumat verilib.
Bundan başqa, İsveçrənin “ABB Global Marketing FZ-LLC” şirkəti Azərbaycnda istehsalat sahəsi qurmaq niyyətindədir. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır.
Ülviyyə R. Əli
www.oxu.az