"Şahdəniz" layihəsi üzrə işlərin təxminən 30%-i tamamlanıb".
Oxu.Az xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofol 31-ci Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünən AÇG-də dərin qaz layihəsi çərçivəsində ilk hasilat quyusunun işə salındığını elan edilib:
"Yaxın zamanda növbəti quyu da istifadəyə veriləcək. AÇG Azərbaycanda ən böyük neft yataqları blokudur və bp burada operator qismində fəaliyyət göstərir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafikə uyğun davam edir. 1 iyul tarixində müqavilə öhdəliyi qüvvəyə minir və biz bunu yerinə yetirməyə hazırıq. Vurğulamaq istəyirəm ki, bu, müqavilə öhdəliyidir, yəni bp-nin aktiv satışı deyil, sadəcə müqaviləyə uyğun prosedurdur. SOCAR-ın operator olacağını görməkdən məmnunuq. Biz çox detallı bir keçid üzərində işləyirik. SOCAR bu boru kəmərini idarə etmək üçün lazım olan təcrübə və bacarığa malikdir, ona görə də bu prosesdən məmnunuq".