Filippində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.
Məlumata görə, daha üç nəfər itkin düşmüş hesab olunur və hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, daha əvvəl binanın çökməsi zamanı 11 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Xatırladaq ki, hadisə mayın 24-də baş verib. Çökmə baş verdikdən sonrakı ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı hoteldə qalan malayziyalı turist xəsarət alıb və daha sonra aldığı xəsarətlər nəticəsində həyatını itirib.