2015-ci ildə Avropa İttifaqı Aşqabad və Bakı ilə qarşılıqlı anlaşma memorandumu imzalamaq niyyətindədir.
Bu memorandumlar Avropanın qazla təmin edilməsi üzrə “dayanıqlılığın” möhkəmləndirilməsinin tərkib hissəsi olacaq, Spiegel Online yazır.
Avropaya qaz nəqlinin diversifikasiyası məsələsini həll etmək üçün Avropa komissiyası Azərbaycan və Türkmənistan kimi ölkələrlə sazişlərin bağlanılmasını sürətləndirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə gələcəkdə enerji məsələlərində əməkdaşlığı tənzimləyəcək Aİ Enerji İttifaqı üçün hazırlanmış iki sənədə istinadən Spiegel Online nəşri yazıb.
Nəşr həmçinin belə bir siyasi qərarı şübhəli adlandırıb.
Bu sənədlərə əsasən, Aİ artıq bu il Aşqabad və Bakı ilə qarşılıqlı anlaşma memorandumu imzalamaq niyyətindədir. Bu memorandumlar Avropanın qazla təmin edilməsi üzrə “dayanıqlılığın” möhkəmləndirilməsinin tərkib hissəsi olacaq. Bu paketi Avropa İttifaqı 2016-cı ilə qədər işləmək istəyirdi.
“Aİ istehsalçı ölkələr və tranzit ölkələrlə energetik əməkdaşlığı möhkəmləndirmək üçün bütün xarici siyasi alətləri istifadə edəcək”, - Spiegel Online sənəddən sitat gətirib.
Bura Əlcəzair və Türkiyə, Azərbaycan və Türkmənistan, Yaxın Şərq və bir neçə Afrika ölkəsi daxildir. Layihə eləcə də Norveç, ABŞ və Kanada ilə əməkdaşlığın intersifikasiyasını nəzərdə tutur.