Dekabrın 15-də Kürdəmir rayonunun Şilyan və Quşlar kəndlərinə ilk dəfə təbii qaz verilib, Xınıslı kəndinin qaz təchizatı isə yenidən bərpa edilib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
Məlumata görə, ümumilikdə 983 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 105 450 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az