Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mart ayından etibarən hər həftə sonu "KOB bazar" adlı satış yarmarkası keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftəsonu "KOB bazar" adlı satış yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır. "KOB bazar"da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. "KOB bazar" Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.
"KOB bazar"da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci tarixinədək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (https://smb.gov.az/az/contact-form/exhibition-form/1).
Telefon: (+99412) 4040401, daxili 253.
"KOB bazar"da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır
- KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub
- KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə çağırıb
- Daha dörd KOB subyekti vergidən azad olundu
- KOBİA biznes biliklərinin artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox şəxs faydalanıb