2014-cü ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 284 ton Azərbaycan nefti nəql olunub.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il aprel ayının 1-ə qədər BTC-yə 242 milyon 145 min 657 ton neft vurulub.
Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 282 min 370 ton Türkmənistan nefti, 382 min 540 ton isə Qazaxıstan nefti nəql olunub.
Həmçinin, SOCAR-dan verilən məlumata görə, 2014-cü ilin mart ayı ərzində 2 milyon 399 min 925 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Qeyd edilir ki, bu həcmin 1 milyon 702 min 356 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il aprel ayının 1-ə qədər Ceyhan limanından 240 milyon 5 min 413 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.