Təbii qaz təchizatında qismən məhdudiyyətlər olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar, saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarına və Cəlilabad rayonunun bir hissəsinə təbii qazın verilişində qismən fasilələr yaranacaq.