Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun illik toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.
Oxu.Az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, illik toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.
Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik. İnfrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirilib", - deyə M.Cabbarov bildirib.
İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşməkdən məmnun olduq. Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə… pic.twitter.com/IJBJbCQJZZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 22, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Dövlət xidmətləri sadələşdirilir - İqtisadi Şuranın iclasında yeni tapşırıqlar verildi
- III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib
- Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyi fəaliyyətə başlayacaq
- Nazir: "Azərbaycan və Özbəkistan ildə 1 milyard dollarlıq ticarət hədəfləyir"
- Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq