"Qadınlar müasir rəqabətə uyğunlaşır, texniki sahələrdə onların sayının artdığını görürük".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Bakıda keçirilən "SHE Congress" beynəlxalq qadınlar konqresində çıxışı zamanı səsləndirib.
Komitə sədri qeyd edib ki, dünyada və eləcə də Azərbaycanda kiçik və orta biznes sektorunda qadınların sayı daha çoxdur, onların iri zavod və müəssisə sahibi olmalarında hələ də müəyyən çətinliklər qalır.
Hicran Hüseynova informasiya və texnologiya sahəsində uğur qazanan qadınların sayının artdığını vurğulayıb.
Deputat təhsilin önəmini qeyd edərək bildirib ki, son illərdə süni intellektin sürətli inkişafı bir sıra sahələrin sıradan çıxmasına səbəb olacaq. O deyib ki, bu tendensiya qadınları daha çox texniki sahələrə yönəlməyə vadar edir.
Onun sözlərinə görə, bu da onu göstərir ki, Azərbaycan qadınları müasir dövrün tələblərinə uyğunlaşa və qlobal rəqabətdə yer ala bilirlər.
Daha çox foto burada: PhotoStock.az.
Aləmdə Nəsib