İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı bu ölkənin maliyyə naziri, Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov bildirib.
İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, #Azərbaycan – #İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin (@zeev_elkin) ilə görüşməkdən məmnun olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 20, 2025
Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli #iqtisadi əlaqələrin… pic.twitter.com/0EA3WvKdsT