"Bəzi dövlətlərdə, səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rizvan Nəbiyev "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər:
"Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək. Bu kontekstdə qeyd edilən məsələyə də baxıla bilər".
Samir Əli