Yapon avtomobil sənayesinin pərəstişkarları üçün “Mitsubishi”-dən xəbər var: brend müasir şəhər tıxaclarında özünü suda balıq kimi hiss edən modelini Azərbaycan bazarına təqdim edib.
“Mitsubishi Attrage” istər yapon və Koreya, istərsə də Avropa avtomobilləri ilə müqayisədə avtomobildən anlayanların çox üstün hesab etdiyi xarakteristikalarla təchiz olunub. 1.2 l mühərrik tutumlu bu kompakt sedan ilk əvvəl çox sərfəli qiyməti – 12500-13500 AZN qiyməti ilə özünə cəlb edir.
Bazarda bənzər qiymətə başqa avtomobillər olduğunu fikrinizdən keçirdinizsə, tələsməyin!
170 mm klirenslə, yapon mühəndisliyi əsəri axtarırsınızsa, “Attrage”-a rəqib tapmayacaqsınız.
“Mitsubishi Attrage” daha bir cəhəti ilə də fərqlənir – avtomobil yanacağa çox qənaətcildir.
Dizayn – interyer və eksteryer görünüşü, təchizatı isə bir şəhərli avtomobildən tələb olunan ən son görünüşdür.
“Attrage” modeli ilə “Mitsubishi”-nin Azәrbaycanda rәsmi distribüteri Diamond Motors şirkətinin satış mərkəzində və həmçinin Bakı, Gəncə və Lənkəranda yerləşən diller mərkəzlərində tanış ola bilərsiniz.