Nike şirkəti “Hər şeydə risk et” seriyasından növbəti filmi təqdim edib. Bu missiyası – futbolu xilas etmək olan ən yaxşı futbolçular haqqında cizgi filmidir.
Oxu.Az xəbər verir ki, dahi alim futbolu daha da yaxşılaşdırararq onu əsassız riskdən uzaq tutmağı qərara alır. Futbol ulduzları daha yaxşı oynamaq üçün həddən artıq riskə girirlər.
Alimin tədqiqatları göstərir ki, Zlatanın zərbələri 76% hədəfə çatmır, Neymarın driblinqi isə adətən uğursuz olur. Dahi futbolu daha dəqiq etməyə çalışır, klonlar yaradır, onlar məqsədlərinə çatmaq üçün daha dəqiq hərəkət edirlər. Onlar real oyunçuları oyundan kənarlaşdıraraq futbolu həyəcansız bir göstəriyə çevirirlər.
Nə vaxtsa çox məşhur olan futbolçular isə unudulur. Amma Ronaldo onları bir yerə toplayır və klonlara qarşı oynamağa sövq edir. Məğlub edilən futboldan birdəfəlik gedir.