“Nar” Novruz bayramı günlərində ölkə xaricində olan abunəçilərinə xüsusi rominq endirimi təqdim etdi.
Belə ki, bayram günlərində xaricdə olan “Nar” istifadəçiləri rominq zonasından asılı olmayaraq, bütün məhsul və xidmətlər üzrə 20%-lik Novruz endirimindən yararlana biləcəklər.
18 mart 2016-cı il tarixdə start götürəcək kampaniya ayın son günü – 31 mart 2016-cı il tarixinədək qüvvədə olacaq. Kampaniyadan sonradan ödənişli (postpaid) bütün abunəçilər faydalana biləcəklər.
“Nar” operatorunun “Bir zona – bir qiymət” prinsipinə əsaslanan rominq xidməti dünyanın 165-dən artıq ölkəsini əhatə edir. Mobil operatorun rominq xidməti haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az