Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik xüsusi narahatçılıq doğurur.
Oxu.Az xəbər verir ki, bu barədə “The Business Year” verdiyi müsahibəsində Avstriya prezidenti Haynts Fişer bildirib.
“Mən bilirəm ki, Azərbaycan Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən məyusdur. Buna baxmayaraq, Minsk qrupu münaqişənin tənzimlənməsi üçün yeganə praktiki platformadır. Ona görə də biz ümid edirik ki, Azərbaycan həmsədrlər ilə işinə davam edəcək.
Biz Azərbaycan hökumətinin ATƏT-in Bakıdakı ofisini bağlamaq qərarını qəbul etdiyinə təəssüflənirik.
Belə ki, bu addım ATƏT-in Azərbaycandakı müsbət rolunu zəiflətdi və Azərbaycanın ATƏT-dən təcrid olunması planında təhlükəli ola bilər. Biz ümid edirik ki, Azərbaycan öz qərarına yenidən baxacaq”, - H.Fişer deyib.
Onun sözlərinə görə, Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələr çox möhkəmdir. Azərbaycan Avstiryaya neft tədarük edir.
“Avstriya, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda islahatların aparılmasına və öz iqtisadiyyatını diversifikasiyasına çalışmasını yüksək qiymətləndirir”, - Avstriya rəhbəri vurğulayıb.
O həmçinin qeyd edib ki, ikitərəfli ticarət təxminən son on ildə təqribən on dəfə artıb.
“Avstriya Azərbaycan ilə bu istiqamətdə işləməyə hazırdır. Bir çox Avstriya şirkətləri planlaşdırma, memarlıq və inşaat ilə məşğuldur. Yükəsk keyfiyyətli neft-qaz avadanlığının tədarükçüsü kimi Avstriya Azərbaycanın texnoloji inkişafına sərmayə yatırıb”, - H.Fişer vurğulayıb.
O qeyd edib ki, Azərbaycan və Avstriya həm əczaxanaçılıq, həm təhsil, həm də digər sahələrdə əməkdaşlıq edir.