"2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi layihəsində gəlir və xərclərin hər biri 483.2 milyon manat həcmində müəyyən edilib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu göstərici 2025-ci illə müqayisədə 22 milyon manat və ya 0.7% azdır:
"Gəlirlər 2024-cü illə müqayisədə 36.4 milyon manat, xərclər isə müvafiq olaraq 53.6 milyon manat çoxdur".
Muxtar Respublikanın dövlət büdcəsindən aldığı dotasiya 211.6 milyon manat məbləğində nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 74.1 milyon manat və ya 25.9% az, 2024-cü illə müqayisədə isə 26.4 milyon manat və ya 14.3% çoxdur", - nazir qeyd edib.
O əlavə edib ki, cari illə müqayisədə Naxçıvan Muxtar Respublikasının öz gəlirləri 52 milyon manat və ya 23.7% artıb, xərcləri 22 milyon manat optimallaşdırılıb:
"Nəticədə dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi 74.1 milyon manat və ya 25.9% azalıb".
Mərahim Nəsib