“Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50 faizi artıq görülüb.
Oxu.Az Energetika nazirliyinə istinadən xəbər verir ki, bu sözləri energetika naziri Natiq Əliyev Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola ilə görüşündə deyib.
N.Əliyev bu layihə üzrə Məşvərət Şurasının əhəmiyyətindən danışaraq, belə bir formatın layihə üzrə bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını bildirib.
Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola isə ölkəsinin enerji balansında alternativ və bərpa olunan enerji mənbələrinin əsas yer tutduğunu bildirib.
Ölkəsinin enerjiyə olan tələbatının ödənilməsində Azərbaycandan yararlanmaq niyyətlərinin olduğunu bildirib.
Bundan başqa, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Ülviyyə R. Əli
www.oxu.az