Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Harvardın "Growth Lab" Mərkəzi Azərbaycandakı əməkhaqqı islahatlarını yüksək qiymətləndirib
Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya miqyasında mütəxəssislərin diqqətini cəlb edir. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib.
Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb, bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinə və xərcləri azaltmasına imkan yaradıb.
Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsas indikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergi qanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli - 32,1 faiz artıma nail olunub, əməkhaqlarının "ağarması"na şərait yaranıb, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqla sosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondların maliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçinin islahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsir göstərərək qeyri-neft sektorunda "sahibkar - sahibkar" və "sahibkar - istehlakçı" əməliyyatlarının artımına gətirib.
Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar.
Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab" Mərkəzinin "Facebook" və "X" sosial şəbəkə hesablarında yerləşdirilib.
Sahibkarlığın dəstəklənməsi, #biznes və #investisiya mühitinin təkmilləşdirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əldə edilən nəticələr davamlı inkişaf üçün möhkəm təməl yaradır.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2024
Azərbaycanın #əməkbazarı-nda müşahidə olunan müsbət dinamika #vergi islahatlarının və… pic.twitter.com/2uD3FA7AcP
"Ölkəmizin əmək bazarında aparılan islahatlar nüfuzlu tədqiqat mərkəzlərinin diqqətini cəlb edir".
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"Vergi sistemində 2019-cu ildən başlanmış və əmək bazarının təşviqinə yönəlmiş tədbirlərin nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Harvard mütəxəssislərinin əməkhaqqı islahatlarının Azərbaycan təcrübəsinin digər iqtisadiyyatlar üçün araşdırılması vacib olan səmərəli model kimi qiymətləndirməsi zamanında və düzgün qərarların alındığını göstərir", - deyə nazir paylaşımında qeyd edib.
Ölkəmizin əmək bazarında aparılan islahatlar nüfuzlu tədqiqat mərkəzlərinin diqqətini cəlb edir. #Vergi sistemində 2019-cu ildən başlanmış və əmək bazarının təşviqinə yönəlmiş tədbirlərin nəticələri @Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Harvard… https://t.co/lKrPIH6qko pic.twitter.com/aB6QoP90u8
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- WEF: "Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirir"
- Azərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzalayıb
- Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb
- Mikayıl Cabbarov Marko Arçelli ilə görüşdü
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər