Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bəs sizin nömrənizi "GetContact"da hansı adla yazıblar? - Şəxsi məlumatlarımız belə oğurlanırmış
Tanımadığı nömrələrdən gələn zəngin kimə aid olduğunu və ya adını başqalarının necə qeyd etdiyini öyrənmək məqsədilə "GetContact" mobil tətbiqindən istifadə edib problemlərlə üzləşənlər az deyil.
Belə ki, bəziləri adının əvəzinə nalayiq ifadələr yazıldığından, bəziləri də heç bir halda özünə aid olmayan ifadələrlə adlandırılmasından narazıdır. Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar bildiriblər ki, sözügedən halla özləri də, dost-tanışları da qarşılaşıblar.
"Rəfiqəmin kontakta başqaları tərəfindən necə qeyd edildiyini yoxlayanda, ona heç uyğun olmayan adlar yazıldığını görmüşəm", - deyə şəhər sakinlərindən biri bildirib.
İnformasiya texnologiyaları üzrə mütəxəssislər deyirlər ki, bu proqramdan istifadə edənlərin nömrəsi 3-cü şəxsə satıla və məlumatları oğurlana bilər:
"Kibercinayətkarlar proqram vasitəsilə bütün baza məlumatlarını əldə edə bilərlər. Proqram vətəndaşların telefonundakı məlumatları öz bazasına çəkir və başqaları ilə paylaşır. Bu kimi proqramlar kibercinayətkarlığın əsas vasitələrindən biridir".
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, mobil tətbiqdə adınızın yerinə təhqir ifadəli sözlər yazan şəxslər məsuliyyətə cəlb edilə bilərlər:
"Bir şəxsin başqa birinin adını qəsdən təhqir hesab edilən sözlə qeyd etdiyi sübut olunduğu, həmin ifadə kütləvi şəkildə yayıldığı təqdirdə, bu, şərəf və ləyaqətin alçaldılması əməli hesab edilir. Bu hərəkətləri edən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilə bilər".
Ətraflı videomaterialda:
"Kibercinayətkarlıq" teqi üzrə xəbərlər
- İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
- Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"
- Azərbaycanda vətəndaşların fərdi məlumatlarını "Telegram"da satanların məhkəməsi başladı
- "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT
Rəylər