Azərbaycan ölkənin resursdan etiraz etdiyi təqdirdə Türkiyəyə Rusiya qazının tədarükünü əvəz edə bilməyəcək.
Oxu.Az rambler.ru-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bəyan edib.
Abbasovun sözlərinə görə, əlavə tədarükün imkansızlığının səbəbləri artıq qazın olmamasıdır, belə ki, Bakı resursun yaxın 25 il üçün bütün idxal həcmini artıq satıb.
“Hasil edəcəyimiz ehtiyatlar 2040-cı ilə qədər satılıb. Əgər artıq qazımız olsaydı özümüzə götürərdik”, - Abbasov bildirib.
Oktyabrın 7-də Türkiyə hökuməti Rusiya təyyarələrinin hava məkanının sərhədlərini pozması nəticəsində iki ölkə arasındakı münasibətlərin gərginləşməsi ucbatından Rusiya qazının alınmasına dair məsələyə yenidən baxılması imkanını bəyan edib.
Rusiya Federasiyası Türkiyəyə izahat verərək, hadisənin pis hava şəraiti ucbatından baş verdiyini bildirib.