Dövlət Neft Şirkətinin (SOCAR) “Azəristiliktəchizat” ilə olan bu münasibətlərdə bir balaca gərginlik yaranıb ona görə ki, bu qurum təbii qazın pulunu ödəyə bilmir. Bu gün Dövlət Neft Şirkəti (SOCAR) isə kommersiya qurumu olaraq bildirir ki, mən öz məhsulumu ya xarici bazara ya da daxildə satıb pul qazanmalıyam.
Oxu.Az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev deyib.
“Bu, iki subyekt arasında olan mübahisədir. İki qurum borcu hesablamalıdır. Problem sözlə həll edilməməlidir. Bunların uçotu var, təsdiq olunmuş sənədləri var, borc haqqında mühasibat sənədləri mövcuddur. Təkrar edirəm, hər iki qurum bu məsələni özləri həll etməlidir”, -deyə nazir əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az