2015-ci ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 368 milyon manatdan çox vəsait daxil olub, proqnoz tapşırığına 101,7 % əməl edilib.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 549 milyon 37,2 min manatvəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 % çoxdur.
Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 65,4 % təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az