Sabah Mingəçevir şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Məhduduiyyətin yaranmasına səbəb, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, texnoloji rejim üzrə təzyiqin stabil saxlanılması məqsədilə şəhərin sağ sahil və sol sahil qəsəbələrini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz kəməri üzərində 2-ədəd qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 9:00-dan 18:00-dək şəhərə təbii qazın verilişində fasilələr yaranacaq.