Avropanın ən məşhur lotereyası “EuroMillions” Barselona sakininə 48 milyon avro qazandırıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, cekpot sahibinin adı hələ ki, açıqlanmır. Məlumdur ki, o internet vasitəsi ilə 5 müxtəlif kombinasiya yazıb, və onlardan biri uduşlu olub.
“EuroMillions” Avropanın 9 ölkəsində - Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.