Ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Ümumilikdə bu tip Əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib. Onlardan 4838 nəfəri (və ya 84,09 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.
2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib və həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib.