Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində ölkədəki otellərin göstərdiyi xidmətlər üzrə qiymət artımı müşahidə olunmur. Bahalaşma ancaq “Getmə turizmi” (Outgoing) sahəsində ola bilər.
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycana gələn turistlərə sərfəli ola bilər:
“Çünki bizdə qiymət artımı yoxdur. Lakin bu özəl sektor olduğundan, hansısa tamtəminatlı oteldə qiymət artımı ola bilər” - deyə, nazirlik rəsmisi bildirib.
Ülviyyə R. Əli
www.oxu.az