Bakının Səbail rayonunda tanınmış reper saxlanılıb.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsindən ANSPRESS-ə verilən məlumata görə, “Dado” ləqəbli reper Səid Əliyev ötən gecə “Sahil” metrostansiyasının yaxınlığında saxlanılıb.
İctimai asayişi pozduğu üçün saxlanılan “Dado” polis şöbəsinə aparılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 246-cı maddəsilə cinayət işi açılıb.
Qanunvericiliyə əsasən, reper 50 manat məbləğində cərimə ediləndən sonra sərbəst buraxılıb.