Neftin qiymətləri növbəti on il ərzində bir barel üçün çətin ki, 50 dollar həcmində qalsın, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bəyan edib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, onun fikrincə, 2020-ci ilə qədər neftin bir barelinin qiyməti 80 dollara qədər bahalaşacaq.
BEA-nın rəhbəri bəyan edib ki, ABŞ və İraqda neft hasilatında yüksək temp bazarda təklifin artmasına gətirib çıxarır, amma İraqın hasil etdiyi neftin həcmini 2016-cı ildə azaldacağı gözlənilir.
Birol həmçinin qeyd edib ki, təbii maye qazın istehsalı üzrə layihələr bu qəbildən olan yanacağın dünya qiymətlərinə təsir edəcək.