Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,52% azalaraq 55,63 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66% ucuzlaşaraq 52,79 dollar təşkil edib.
S.B.
www.oxu.az