İyul ayının 27-də saat 10:00-dan 17:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-Economiks-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə Olimpiya kompleksinə çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır.