Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində qarlı, şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada biləcək enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edib.
NİİM-dən Oxu.Az-a verilən məlumatda sürücülərə tövsiyə olunur ki, qarlı, şaxtalı hava şəraitini nəzərə alaraq sürücülər belə küçə, prospekt və körpülərdən mümkün qədər az istifadə etsinlər.
Oxu.Az qarlı, şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada bilən enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edir.
1. Gəncə prospekti (Nobel prospekti ilə kəsişmə);
2. İlqar Musayev küçəsi (Abbas Fətullayev küçəsi (Şir heykəli));
3. İlqar Musayev küçəsi (Babək prospekti ilə kəsişmə);
4. Badamdar şossesi (20-ci sahə istiqamətində);
5. Mehdi Hüseyn küçəsi (Bünyad Sərdarov küçəsindən Parlament prospektinə kimi);
6. Niyazi küçəsi (“Azneft” meydanı – İstiqlaliyyət küçəsi);
7. Ə.Haqverdiyev küçəsi (İnşaatçılar küçəsindən Mətbuat prospektinədək);
8. Nazim Hikmət küçəsi (“Musabəyov” parkı ətrafı);
9. “Nərimanov” heykəlinin ətrafı;
10. Məhəmməd Xiyabani küçəsi (Yeni Yasamal);
11. Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi);
12. Müzəffər Həsənov küçəsi (20 Yanvar dairəsindən Şərifzadə küçəsinədək);
13. Hüseyn Seyidzadə küçəsi (4-cü mkr. dairəsindən yuxarı);
14. Ramiz Quliyev küçəsi (Nobel prospektindən X.Məmmədov küçəsinədək);
15. Rəşid Behbudov küçəsi (Füzuli küçəsindən Bakıxanov küçəsinədək);
16. Z.Əhmədbəyov küçəsi (S.Əsgərova küçəsindən Bakıxanov küçəsinədək);
17. Binəqədi şossesi (Dövlət Miqrasiya Xidmətinin qarşısı);
18. Mir Cəlal küçəsi (9-cu mkr.);
19. Bünyad Sərdarov küçəsi;
20. Şeyx Şamil küçəsi;
21. Teymur Elçin küçəsi (Nazirlər Kabinetinin qarşısı);
22. Moskva prospekti (Tbilisi küçəsindən - 20 yanvar dairəsinədək);
23. Alı Mustafayev küçəsi (Ceyhun Səlimov küçəsi 3-cü mkr. dairəsi);
24. Asif Məhərrəmov küçəsi (3-cü mkr. dairəsindən 20 Yanvar küçəsi istiqamətində);
25. A.Salamzadə küçəsi (Tbilisi prospektindən Yeni körpüyədək);
26. Abbasqulu Ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsinədək);
27. Ziya Bünyadov prospekti (Rəcəbli küçəsindən Salamzadə küçəsinədək);
28. Heydər Əliyev prospekti (Bağırov körpüsünün yanı);
29. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü);
30. Babək prospekti (Xalqlar Dostluğu dairəsindəki körpü);
31. Aeroport yolu;
32. Həsən Əliyev küçəsi (Atatürk prospekti ilə kəsişmə).
Elvin Əhmədov
www.oxu.az